Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 31 ünvanında yaşayış binasında baş verən yanğın barədə məlumat yayıb.
FHN-dən APA-ya verilən xəbərə görə, nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Əlavə məlumat veriləcək.
***
10.49
Bakıda yaşayış binasında yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, FHN-in 112 qaynar xəttinə Nəsimi rayonu Cavad Xan küçəsində, çoxmətərəbəli yaşayış binasında mənzildə yanğının başlaması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-in yanğından mühafizə və xüsusi riskli xilasetmə xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.