ABŞ hərbçiləri İranın Buşehr vilayətində yerləşən Çoğadək şəhərinə zərbə endirib.
Bu barədə IRNA agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində xəsarət alan olmayıb.
Agentlik həmçinin Xuzistan vilayətinin Omidiyə şəhərində də partlayışın baş verdiyini qeyd edib.