Yanğın dördüncü mərtəbədən başlayaraq beşinci mərtəbəyə keçib.
APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, ümumilikdə 4 mənzil yanıb, digər mənzillər alovdan xilas edilib.
***
21.35
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İ. Zülalov küçəsində beşmərtəbəli yataqxana binasında yanğınla bağlı məlumat daxil olub.
Yanğın beşinci mərtəbədəki mənzildə başlayıb.
FHN-dən APA-ya bildirilib ki, baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
21.28
Bakının Yasamal rayonunda yataqxanada yanğın başlayıb.
APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.
Əraziyə FHN-nin DYMX-nin əməkdaşları cəlb edilib.