Bank Of Baku

Bakıda yol qəzasında 3 nəfər yanaraq ölüb - YENİLƏNİB-2 - FOTO

Bakıda yol qəzasında 3 nəfər yanaraq ölüb - YENİLƏNİB-2  - FOTO
# 30 aprel 2023 23:03 (UTC +04:00)

Binəqədidə baş verən qəzada ölənlərin sayı üçə çatıb.

APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, FHN-in xüsusi riskli xilasetməl xidməti həlak olan üçüncü şəxsin cəsədini yanmış avtomobildən çıxarıb.

***

22.38

Xəbərə foto əlavə olunub.

***

22.18

Bu gün saat 21:14 radələrində paytaxtın Binəqədi rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Baş DYP İdarəsindən APA-ya verilən məlumata görə, “VAZ-2107” markalı nəqliyyat vasitəsi iki “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşaraq aşıb. Toqquşma nəticəsində “VAZ-2107” markalı avtomobildə baş vermiş yanğın zamanı sürücü və sərnişin hadisə yerində həlak olub. Faktla bağlı araşdırma aparılır.

***

22.15

Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 3 avtomobilin toqquşması nəticəsində 2 nəfər yanaraq ölüb. Əraziyə yanğınsöndürən avtomobillər cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR