Bank Of Baku

Bakıda yol qəzasında ölənin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Bakıda yol qəzasında ölənin şəxsiyyəti məlum olub - YENİLƏNİB
# 26 aprel 2023 07:41 (UTC +04:00)

Avtomobillə vurularaq ölən piyadanın şəxsiyyəti məlum olub.

APA xəbər verir ki, ölən piyada 2002-ci il təvəllüdlü Həsənova Eliza Oruc qızıdır.

Onun meyiti müayinə olunması Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

***

Saat 07:28

Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

APA xəbər verir ki, yol-nəqliyyatı hadisəsi 8 Noyabr prospektində baş verib.

Belə ki, prospektdə yolu keçən təxminən 20-25 yaşlı qızı minik avtomobili vurub.

Piyada xəstəxanaya çatdırılıb. O, cərrahi əməliyyat edilərkən dünyasını dəyişib. Hələlik onun şəxsiyyəti məlum deyil.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR