Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında yük avtomobilinin üzərindən yol aşan texnika ərazidən götürülüb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya bildirilib ki, artıq avtomobillərin sərbəst hərəkəti təmin edilib.
***
10.58
Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə düşüb.
APA xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.
Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.