Prokuror həbsdə olan vəkil Sümbülə Əliyevaya cəza istəyib

Sümbülə Əliyeva

© APA | Sümbülə Əliyeva

# 01 iyul 2024 13:50 (UTC +04:00)

Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Prokuror Sümbülə Əliyevanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı çıxışında Sümbülə Əliyeva barəsində Cinayət Məcələsinin 62-ci (sanksiya həddindən aşağı həddə) cəza verilməsini tələb edib.

Proses iyulun 8-də davam edəcək.

İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. O, Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə ittiham edilir. Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb. Cinayət işi üzrə zərərin 100 min manatdan çox olduğu bildirilir.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Sümbülə Əliyeva bir çox tanınmış şəxsin vəkili olub. Onun cinayət işi üzrə məhkəmədən yayınması əsas gətirilərək prosesin gedişində barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR