Bank Of Baku

Bakıda zibillikdən tapılan körpənin vəziyyəti ağırdır - YENİLƏNİB-1 - VİDEO

Bakıda zibillikdən tapılan körpənin vəziyyəti ağırdır - YENİLƏNİB-1  - VİDEO
# 18 iyul 2023 12:34 (UTC +04:00)

Sabunçu rayonunda məişət tullantıları qutusunda tapılan yeni doğulmuş körpə 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, körpəyə mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulub. Ona ilkin tibbi yardım göstərilib, lazımı müayinələrdən keçirilib. Hazırda körpənin vəziyyəti ağırdır.

***

10:14

Ötən gün Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, dərhal Polis Şöbəsinin əməkdaşları tərəfindən uşaq həmin yerdən götürülərək tibb müəssisəsinə yerləşdirilib.

Körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib. Hazırda həmin şəxs barəsində toplanmış materiala hüqiqi qiymət verilməsi üçün iş Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Araşdırmalar davam edir.

***

09:02

Bakıda 10-15 günlük körpə küçəyə atılıb.

APA xəbər verir ki, Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətə uşaq aşkar edilib.

Uşaq hazırda Körpələr evinə yerləşdirilib.

Körpənin valideynlərinin aşkar edilərək müəyyən olunması istiqamətində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR