Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsində yerləşən ikimərtəbəli, mansarda tipli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan restoranın yanar konstruksiyaları 26 m² sahədə və bitişik ümumi sahəsi 13 m² olan mağazanın tavanı 9 m² sahədə yanıb.
APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumata görə, restoranın və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
11.09
Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsində restoranda baş vermiş yanğın qısa müddətdə söndürülüb.
APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Əlavə məlumat veriləcək.
***
10.53
Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsində restoranda baş vermiş yanğın məhdudlaşdırılıb.
APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Əlavə məlumat veriləcək.
***
10.41
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsində restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam edir.
Əlavə məlumat veriləcək.