Balakən şəhər sakini, 1961-ci il təvəllüdlü Ustayev Ömər Şərəfəddin oğlu işıq dirəyindən yıxılaraq çoxsaylı sınıq xəsarətləri alıb.
APA-nın yerli bürosu xəbər verir ki, həmin şəxs xəstəxanaya yerləşdirilib tibbi yardım göstərilsə də, aldığı xəsarətlərdən orada vəfat edib. Qeyd edək ki, ölən şəxs rayonun İşıq idarəsinin əməkdaşı olub.
Faktla bağlı araşdırma aparılır.