Bank Of Baku

Balakəndə avtomobil yanıb, 1 nəfər xəsarət alıb - YENİLƏNİB

Balakəndə avtomobil yanıb, 1 nəfər xəsarət alıb - YENİLƏNİB
# 10 iyul 2023 20:22 (UTC +04:00)

Balakəndə minik avtomobili yanıb, sürücü yanıq xəsarətləri alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, saat 15:30-da Balakən şəhər Səttar Gözəlov küçəsində, 1965-ci il təvəllüdlü Balakən rayon sakini Rafiq Əmirxan oğlu Ukalayevə məxsus "Hundai Accent" markalı minik avtomobilində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yangından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tamamilə yanıb.

Yanğın zamanı yuxarı və aşağı ətraflarından müxtəlif dərəcəli yanıq xəsarətləri alan sürücü R.Ukalayev Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla baglı araşdırma apar

***

Saat 17:58

Balakəndə avtomobil yanıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR