Balakəndə baş verən yanğın zamanı bir nəfər xəsarət alıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın Balakən rayonu Hənifə kəndində 1987-ci il təvəllüdlü Məcid Məmmədova məxsus evdə qeydə alınıb. Yanğın zamanı ev sahibinin həyat yoldaşı 1994-cü il təvəllüdlü Dilarə Məmmədova yanıq xəsarətləri alıb.
***
15.47
Balakən rayonunun Hənifə kəndində yanğın olub.
APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumata görə, ümumi sahəsi 40 m² olan birmərtəbəli 1 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.