Bank Of Baku

Balakəndə məktəbli qız intihar edib

Balakəndə məktəbli qız intihar edib
# 10 yanvar 2025 23:13 (UTC +04:00)

Balakəndə 9-cu sinif şagirdi özünü asıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Gərəkli kəndinin Poçtbinə yaşayış məntəqəsində baş verib.

Kənd sakini 2010 təvəllüdlü Elina Müşviq qızı Balayevanın meyiti yaşadığı evin həyatyanı sahəsindəki mal tövləsində asılı vəziyyətdə aşkar olunub. İlkin araşdırma zamanı E. Balayevanın intihar etdiyi məlum olub.

E. Balayevanın Balakən şəhəri Nizami adına tam orta məktəbinin 9-cu sinif şagirdi olduğu bildirilir.

Faktla bağlı Balakən rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR