Bank Of Baku

Balakəndə məsciddə yanğın olub

Balakəndə məsciddə yanğın olub
# 01 may 2023 20:43 (UTC +04:00)

Balakəndə məsciddə yanğın olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Meşəşambul kəndində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb.

Hadisə nəticəsində ibadət zalında 2 ədəd döşək, 4 ədəd yastıq və döşəmənin 12 kvadratmetrlik hissəsinin yanar konstruksiyası yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR