Bank Of Baku

Balakəndə motosklet kanala düşüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB

Balakəndə motosklet kanala düşüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB
# 23 aprel 2023 22:38 (UTC +04:00)

Balakəndə yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, bunlar Zaqatala rayonu Danaçı kənd sakinləri olan motoskletin sürücüsü 2002-ci il təvəllüdlü Sahib İsmayıl oğlu Kahayev və 2004-cü il təvəllüdlü Kamran İsa oğlu Yumuxovdur. Gənclər Balakən rayonun Kortala kəndində futbol oynayıb Zaqatala geri qayıdarkən yol qəzasına düşüblər.

***

21.10

Balakəndə motosklet kanala düşüb, biri ağır olmaqla iki nəfər xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 20 radələrində Balakən-Qazbinə-İtitala avtomobil yolunun Kortala kənd inzibati ərazisindən keçən hissəsində baş verib.

Zaqatala rayon Danaçı kənd sakininin idarə etdiyi motosklet sərt döngədə idarəetmədən çıxaraq yolun kənarındakı 1 metr dərinliyindəki kanala düşüb. Qəza nəticəsində motoskletin sürücüsü və sərnişin, Zaqatala rayonu Danaçı kənd sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda onların müayinəsi aparılır, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR