Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, Ramiz adlı şəxsin üzərində və sərnişini olduğu “KİA” markalı avtomobildə narkotik vasitə daşımasına dair Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb və onun Şəki şəhər sakini Ramiz Əhmədov olduğu müəyyən edilib.Şəxsi axtarış zamanı ondan heroin, metadon həbləri və elektron tərəzi aşkar olunaraq götürülüb.
Keçirilən digər bir əməliyyat zamanı isə narkotik vasitələrin kultivasiyası ilə məşğul olan Gərəkli kənd sakini Nicat Çobanoğlu saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman bostan bitkilərinin arasında əkib-becərdiyi çətənə kolları aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb.
Balakəndə narkotik dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslər tutulub
04 iyun 2021 10:59 (UTC +04:00)
Hadisə
Qubada çörək sexində yanğın baş verib - FOTO
23:16
8 may 2024
Biləsuvarda "Prado" motoskletlə toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
20:25
8 may 2024
Həkimlərin talassemiyalı uşaqlara qarşı 1 milyon manatlıq dələduzluğu - Məhkəmə prosesi
19:20
8 may 2024
Qəbələdə subasma zamanı köməksiz vəziyyətdə qalmış 2 azyaşlı təxliyə edilib - VİDEO
19:17
8 may 2024