Bank Of Baku

Balakəndə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Balakəndə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
# 31 iyul 2023 19:28 (UTC +04:00)

Balakəndə yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yaralananlar Balakən rayonu Tülü kənd sakinləri - 1957-ci il təvəllüdlü Nərman Tahir oğlu Tahirov, 2007-ci il təvəllüdlü İsgəndər Nərman oğlu Tahirov və 1991-ci il təvəllüdlü Zaqatala rayonu Muxax kənd sakini Sənan Elmar oğlu Abakarovdur.

***

18:07

Balakəndə yol qəzası baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonunun Katex kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, yük maşını ilə minik avtomobilinin toqquşması zamanı üç nəfər xəsarət alıb. Xəsarət alanlar ambulansla Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR