Bakıda moped sürücüsünün ölümü ilə nəticələnən qəza olub.
APA xəbər verir ki, 1989-cu il təvəllüdlü Hüseynov Sovqat Məmməd oğlu idarə etdiyi “Ford" markalı avtomobillə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ünvanında yerləşən Balaxanı-Binəqədi yolu istiqamətində hərəkətdə olan zaman 1963-cü il təvəllüdlü Balayev Alik Rafiq oğlunun idarə etdiyi, dövlət qeydiyyat nişanı olmayan mopedlə toqquşub.
Nəticədə Alik Balayev aldığı olduğu xəsarətlərdən hadisə yerində ölüb.