Bank Of Baku

Baş prokuror: Bu il korrupsiya cinayəti törədən 28 şəxs cinayət başında yaxalanıb

Baş prokuror: Bu il korrupsiya cinayəti törədən 28 şəxs cinayət başında yaxalanıb
# 25 iyul 2023 12:19 (UTC +04:00)

2023-cü ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən 85 cinayət işi başlanılıb.

APA xəbər verir ki, bunu Baş Prokurorluqda keçirilən geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev deyib.

Qeyd olunub ki, keçirilmiş 19 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 28 şəxs cinayət başında yaxalanıb, habelə 18 nəfər axtarışda olan şəxs saxlanılıb.

Həmçinin bildirilib ki, 2023-cü ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fəaliyyət göstərən “161 Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 2700 müraciətdən 43-ü üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR