Bank Of Baku

Bərdə sakini qonşusunu odlu silahla yaralayıb

Bərdə sakini qonşusunu odlu silahla yaralayıb
# 22 aprel 2023 20:57 (UTC +04:00)

Bərdə sakini qonşusunu tüfənglə yaralayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, bu gün saat 18 radələrində Bərdə rayonunda 1978-ci il təvəllüdlü Ruhi Məmmədov şəxsi münasibətlər zəminində öz qonşusu 1993-cü il təvəllüdlü Elşad Məmmədova ov tüfəngindən atəş açaraq xəsarət yetirib.

E.Məmmədov xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

R.Məmmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR