Bank Of Baku

Bərdə-Yevlax mənzilində qatarla yük avtomobili toqquşub

Bərdə-Yevlax mənzilində qatarla yük avtomobili toqquşub
# 14 dekabr 2022 00:43 (UTC +04:00)

13 dekabr 2022-ci il saat 17:30 radələrində qatar Bərdə-Yevlax mənzilinin 22-ci kilometrində 22 km/saat sürətlə (təyin olunmuş sürət 40 km/saat) hərəkətdə olarkən qorunmayan dəmir yolu keçidini keçməyə cəhd edən Qusar rayon sakini Şahin Vitalik oğlu Butayevin idarə etdiyi “ATEKO” markalı AZ 01-CG-402 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.

Bu barədə APA-ya Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.

Hadisənin baş verməsinə səbəb sürücünün Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərini pozması olub.

Hadisə nəticəsində ölən və yaralanan yoxdur. Dəmir yoluna dəymiş ziyanın miqdarı müəyyənləşdirilir. Hadisə aidiyyəti üzrə araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR