ABŞ Yaxın Şərqə əlavə qırıcı təyyarələr və tanker təyyarələri yerləşdirir.
APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Almaniyanın Spangdahlem Hava Bazasından F-16 və Böyük Britaniyanın Lakenheas Hava Bazasından F-35 təyyarələri bölgəyə yerləşdirilir.
Yaxın Şərqə tanker təyyarələrinin göndərildiyi də bildirilir.