Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Qaradəmirçi kənd sakini Orxan İsmayılovun koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub. O.İsmayılov kənd ərazisindəki avtoyuma məntəqəsində saxlanılıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.
Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib
© APA | Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi
31 avqust 2021 10:01 (UTC +04:00)
Hadisə
Bakıda gənc qızı avtomobil vurub
02:22
3 may 2024
Bakıda avtomobil qadını vuraraq ağır vəziyyətə salıb
01:17
3 may 2024
Gəncədə məktəbli bıçaqlanıb - YENİLƏNİB
20:22
2 may 2024
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:25
2 may 2024