Bank Of Baku

Bərdədə polis maşınla ikinci qrup əlili vuraraq öldürüb

Bərdədə polis maşınla ikinci qrup əlili vuraraq öldürüb
# 14 dekabr 2022 16:40 (UTC +04:00)

Bərdədə polis əməkdaşı şəxsi avtomobili ilə qəza törədib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı R.Hadıyev idarə etdiyi “KİA” markalı avtomobillə qəflətən yola çıxan piyada, 1961-ci il təvəllüdlü ikinci qrup əlil Surxay Şahbazovu vurub.

Sürücü dərhal xəsarət almış piyadanı xəstəxanaya çatdırıb. Xəsarət alan şəxs xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR