Bank Of Baku

Bərdədə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması sona çatıb

Bərdədə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması sona çatıb
# 04 avqust 2023 09:09 (UTC +04:00)

Məlumat verildiyi kimi, avqustun 2-də Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilər, o cümlədən fərdi yaşayış evləri və həyətyanı sahələr subasmaya məruz qalıb.

Bu barədə APA-ya FHN-dən bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində Qaraqoyunlu kəndində subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması sona çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR