Bank Of Baku

Beş rayonda 65 ağacın kəsilməsinə görə cinayət işi başlanıb

Beş rayonda 65 ağacın kəsilməsinə görə cinayət işi başlanıb
# 02 may 2023 14:18 (UTC +04:00)

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın beş rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırmalar zamanı Qəbələ, Goranboy, Tovuz, Yardımlı və Lerik rayonu ərazisində ümumilikdə 65 ədəd ağac və kolların qanunsuz kəsilməsi nəticəsində təbiətə xeyli və külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR