Bank Of Baku

Beyləqanda zəncirvari qəza baş verib - FOTO

Beyləqanda zəncirvari qəza baş verib - FOTO
# 09 aprel 2026 00:29 (UTC +04:00)

Beyləqanda üç avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

APA yerli bürosu xəbər verir ki, hadisə rayonun Dünyamalılar kəndi ərazisində baş verib.

Qəza zamanı iki “VAZ-2107” və bir “VAZ-2106” markalı avtomobil toqquşub, nəticədə avtomobillərdən birində olan sərnişin xəsarət alıb.

1990-cı il təvəllüdlü kişiyə alın nahiyəsinin əzilmiş-sıyrılmış yarası, sol əlin açıq kəsilmiş yarası və sol dizin sıyrılması diaqnozu qoyulub, o, Cərrahiyyə şöbəsinə yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR