Bank Of Baku

Biləcəridə evlərdən və avtomobildən 28 min manatlıq oğurluq edilib

Biləcəridə evlərdən və avtomobildən 28 min manatlıq oğurluq edilib
# 22 may 2023 11:28 (UTC +04:00)

Bakıda evlərdən və avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub.

DİN-dən APA-ya verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 7 evdən və bir avtomobildən ümumilikdə 15.900 manat, 1222 lirə, 12.000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vaqif Hümbətov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR