Paşha Bank
Bank Of Baku

Biləsuvarda 26 yaşlı oğlan qətlə yetirilib, qohumu tutulub

Biləsuvarda 26 yaşlı oğlan qətlə yetirilib, qohumu tutulub
# 04 oktyabr 2026 23:31 (UTC +04:00)

Biləsuvar rayonunda qətl hadisəsi olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Nəsimi kəndində qeydə alınıb.

Kənd sakini, 26 yaşlı Milan Soltanlı ilə onun xalası oğlu 22 yaşlı İlkin Mehtiyev arasında mübahisə olub. İ.Mehtiyev bıçaqla M.Soltanlıya xəsarət yetirib. Ağır xəsarət alan Milan xəstəxanaya aparılarkən yolda ölüb.

Əməli törətməkdə şübhəli bilinən İ.Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

İlkin məlumata görə, qohumlar arasında mübahisə borc pula görə yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR