Bank Of Baku

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1
# 24 oktyabr 2026 19:02 (UTC +04:00)

23.10.2026-cı il tarixində saat 14:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Zığ ərazisindən çağırış qeydə alınıb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən naməlum 1 nəfərə (qadın) yerində tibbi yardım olunub.

***

14.36

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb.

***

14.15

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayış binasından yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə xidmətinin qüvvələri cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR