Biləsuvarda azyaşlının ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
APA - nın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Zəhmətabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili kənd sakini olan azyaşlı qızı vuraraq öldürüb. Ölən yeniyetmə rayonun Zəhmətabad kənd sakini, 2013-cü il təvəllüdlü Leyla Araz qızı Əliyevadır.
Faktla bağlı araşdırma aparılır.