Biləsuvarda motosiklet ağaca çırpılıb, sürücü xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
APA-nın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Ağayrı kəndində baş verib.
Kənd sakini 1997-ci il təvəllüdlü Dadaş Bəhlul oğlu Əsgərzadə idarə etdiyi motosikleti ağaca çırpıb. Xəsarət alan sürücü xəstəxanaya çatdırılıb. Buna baxmayaraq, o, Biləsuvar rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı araşdırma aparılır.