Bank Of Baku

Biləsuvarda partlayışda xəsarət alan 1 nəfər Bakıya təxliyə edilib

Biləsuvarda partlayışda xəsarət alan 1 nəfər Bakıya təxliyə edilib
# 24 aprel 2023 22:48 (UTC +04:00)

Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi səbəbilə 2 nəfər (1-i qadın cinsi - 2009-cu il təvəllüdlü, 1-ci kişi cinsi olmaqla - 2013-cü il təvəllüdlü) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Diaqnozları başın və bədən səthinin yanığı, yuxarı tənəffüs yollarının yanığı olan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır olan 2009-cu il təvəllüdlü pasiyentin müalicəsinə tibb müəssisəsində davam edilir.

Vəziyyəti ağır olan 2013-cü il təvəllüdlü pasiyent isə hazırda Bakıda yerləşən müvafiq tibb müəssisəsinə təxliyə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR