Biləsuvar rayonunda yol qəzası baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində Cəlilabad rayon sakinləri, 1991-ci il təvəllüdlü Fərid Əliyev, 1977-ci il təvəllüdlü Habil Nuriyev, 1994-cü il təvəllüdlü Fərqan Əliyev, 1988-ci il təvəllüdlü Fərhad Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar rayon xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.