Bank Of Baku

Biləsuvarda yol qəzasında 5 nəfər xəsarət alıb

Biləsuvarda yol qəzasında 5 nəfər xəsarət alıb
# 06 fevral 2025 13:17 (UTC +04:00)

Biləsuvar rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Bakı-Astara magistralında, Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2115" markalı nəqliyyat vasitəsi "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Baş verən qəzada 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qəzada xəsarət alanlar 1973-cü il təvəllüdlü Səbahəddin Abbasov, 1982-ci il təvəllüdlü Təbriz Əliyev, 1984-cü il təvəllüdlü Ramil Turabov, 1968-ci il təvəllüdlü Hidayət Quliyev və 1985-ci il təvəllüdlü Fəzail Abbasovdur.
Xəsarət alanların Cəlilabad və Biləsuvar rayon sakinləri olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR