Paşha Bank
Bank Of Baku

Biləsuvarda yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb - YENİLƏNİB

Biləsuvarda yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb - YENİLƏNİB
# 20 oktyabr 2026 10:44 (UTC +04:00)

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Biləsuvarda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.

BDYPİ-dən APA-ya verilən xəbərə görə, ötən gün, saat 19:00 radələrində Bəhramtəpə-Biləsuvar yolunun Qızılkənd kəndinin ərazisindən keçən 54-cü kilometrində İmişli rayon sakini Elvin Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində xəsarət alan sərnişin - sürücünün həmyerlisi 30 yaşlı Elnur Rüstəmov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Sürücü E.Məhərrəmovun vəziyyəti isə orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

İlkin ehtimala görə hadisənin baş verməsinə səbəb yüksək sürət və sürücünün ötmə əməliyyatını yerinə yetirərkən qaydalara riayət etməməsi göstərilir.

Baş Dövlət Yol Polisi İdarəsi sözügedən hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları diqqət çəkdiyimiz faciəli hadisədən düzgün nəticə çıxarmağa, əməl etməyə borclu olduğumuz yol hərəkəti qaydalarına biganə yanaşmamağa, sükan arxasında məsuliyyətsizliyin hər an həyatımıza iztirab və peşmanlıq gətirə biləcəyini unutmamağa çağırır.

***

09.46

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb. 1989-cu il təvəllüdlü Elvin Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin 1996-cı il təvəllüdlü Elnur Rüstəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəsarət alan sürücü İmişli rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR