Bank Of Baku

Binəqədidə 2 nəfəri bıçaqlayan 22 yaşlı oğlan saxlanılıb - YENİLƏNİB

Binəqədidə 2 nəfəri bıçaqlayan 22 yaşlı oğlan saxlanılıb - YENİLƏNİB
# 26 iyul 2024 09:58 (UTC +04:00)

İyulun 25-i axşam saatlarında Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində 1999-cu il təvəllüdlü E.Mirzəyev və 1990-cı il təvəllüdlü P.Alışovun bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən 2002-ci il təvəllüdlü P.İmanov saxlanılaraq istintaqa təqdim edilib.
Araşdırmalar Binəqədi Rayon Polis İdarəsində davam etdirilir.

***

09.16

Binəqədidə 2 nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Yaşadıqları evin yaxınlığında yerləşən kafenin qarşısında tanımadıqları şəxs tərəfindən aralarında yaranmış mübahisə zamanı 1990-cı il təvəllüdlü Alışov Pərviz Ağaverdi oğlu və 1999-cu il təvəllüdlü Mirzəyev Elcan Şahüseyin oğlu bıçaqlanıb.

2002-ci il təvəllüdlü İmanov Pənah Xanad oğlu şübhəli şəxs qismində saxlanılıb.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR