Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə APA-ya FHN-dən bildirilib.
Əlavə məlumat veriləcək.
***
19:25
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
APA nazirliyin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
"Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək", - məlumatda deyilir.