Bank Of Baku

Binəqədidə iki avtobus toqquşub, 4 nəfər xəsarət alıb

Binəqədidə iki avtobus toqquşub, 4 nəfər xəsarət alıb
# 24 iyul 2023 10:35 (UTC +04:00)

Bu gün saat 09:25 radələrində Xocasən şosesinin Binəqədi rayonu ərazisindən keçən hissəsində iki sərnişin avtobusu toqquşub.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən xəbərə görə, “İsuzu” markalı avtobus eyni istiqamətdə qarşıda sərnişin mindirmək üçün dayanan eynimarkalı avtobusa çırpılıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, ölüm və ağır xəsarət halı yoxdur.

Hazırda faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR