Bank Of Baku

BQXK bu gün 16 erməni əsilli şəxsi Laçın yolu ilə Ermənistana təxliyə edib

BQXK bu gün 16 erməni əsilli şəxsi Laçın yolu ilə Ermənistana təxliyə edib
# 26 aprel 2023 12:41 (UTC +04:00)

Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) humanitar neytral vasitəçi rolunda çıxış edərək, tibbi yardıma ehtiyacı olan 16 nəfərin Laçın yolu ilə keçərək Ermənistana təxliyə olunmasına yardımçı olub.

Bunu APA-nın sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

Qeyd edib ki, ümumilikdə, 19 dekabr 2022-ci il tarixindən bəri BQXK humanitar neytral vasitəçi olaraq, Laçın koridoru boyu 47 tibbi təxliyə həyata keçirib:

"Bu əməliyyatlar zamanı 353 nəfər xəstə və onları müşayiət edən şəxslər təxliyə olunub. Bundan əlavə, tibb müəssisələri üçün dərman ləvazimatı, ərzaq təminatı və uşaq yeməkləri çatdırılıb.

Biz əlaqədar qurumlarla dialoqu davam etdiririk və neytral vasitəçi olaraq, humanitar məsələlərin qarşılanması istiqamətində dəstək verməyə hazırıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR