Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) humanitar neytral vasitəçi rolunda çıxış edərək, tibbi yardıma ehtiyacı olan 13 nəfərin Laçın yolu ilə keçərək Ermənistana təxliyə olmasına yardımçı olub.
Bunu APA-nın sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
İlahə Hüseynova deyib ki, 19 dekabr 2022-ci il tarixindən bəri BQXK humanitar neytral vasitəçi olaraq 283 nəfərin Ermənistana, 313 nəfərin isə Ermənistandan Laçın yolu ilə keçərək ailələri ilə qovuşmasına yardımçı olub:
“Biz əlaqədar qurumlarla dialoqu davam etdiririk və neytral vasitəçi olaraq, humanitar məsələlərin qarşılanması istiqamətində dəstək verməyə hazırıq”.