19 dekabr 2022-ci il tarixindən bəri Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) humanitar neytral vasitəçi olaraq, Laçın koridoru boyu 49 tibbi təxliyə həyata keçirib.
Bunu APA-nın sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
Onun sözlərinə görə, bu əməliyyatlar zamanı 378 nəfər xəstə və onları müşayiət edən şəxslər təxliyə olunub.
Bundan əlavə, tibb müəssisələri üçün dərman ləvazimatı, ərzaq təminatı və uşaq yeməkləri çatdırılıb.