Bank Of Baku

Bu il törədilən 24 qəsdən adam öldürmə cinayətinin üstü açılıb

Bu il törədilən 24 qəsdən adam öldürmə cinayətinin üstü açılıb
# 15 iyul 2023 15:06 (UTC +04:00)

Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ilin birinci yarımilində törədilən 24 qəsdən adam öldürmə və 11 qəsdən adam öldürməyə cəhd cinayətlərinin, həmçinin ötən illərdən bağlı qalan 1 qəsdən adam öldürmə cinayətinin açılması təmin edilib.

APA xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda 2023-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirədə bildirilib.

Bildirilib ki, özünü öldürmə həddinə çatdırma, qəsdən sağlamlığa ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, qaçaqmalçılıq, xuliqanlıq, narkotik vasitələrlə bağlı cinayətlərin sayı azalıb, iqtisadi sahədə, o cümlədən korrupsiya, qulluq mənafeyi və mülkiyyət əleyhinə olan cinayətlərin sayında isə artım müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR