Bank Of Baku

Bu ilin ilk 6 ayında heyvan dişləməsinin sayı açıqlanıb, Səhiyyə Nazirliyi əhaliyə müraciət edib

Bu ilin ilk 6 ayında heyvan dişləməsinin sayı açıqlanıb, Səhiyyə Nazirliyi əhaliyə müraciət edib
# 29 iyul 2026 15:28 (UTC +04:00)

Respublika üzrə 2026-cı ilin ilk altı ayı ərzində 23293 heyvan dişləməsi qeydə alınıb.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib.

“Bunlardan 11670 hadisə məlum heyvanlar (it, pişik), 11108 hadisə naməlum heyvanlar (it,pişik,siçovul) tərəfindən olub. Heyvan dişləməsinə məruz qalanlarların quduzluğa qarşı antirabik vaksinlə əhatə olunması təmin edilib. Hazırda tibb müəssisələrində kifayət qədər antirabik vaksin var. 2025-ci ilin cari dövrü ilə müqayisədə bu il 1058 nəfər artım olub”, - o bildirib.

Şöbə müdiri qeyd edib ki, insanlar tibb məntəqəsinə nə qədər tez müraciət etsələr, müalicə və sağalma prosesi o qədər tez baş verər: "Ev şəraitində müalicə kursu heç bir halda həyata keçirilə bilməz. Yalnız həkim nəzarəti altında vaksinasiya prosesi tamamlanmalıdır. Bədənin yuxarı hisəsində olan zədələnmələrdə və quduzluq diaqnozu təsdiqlənmiş heyvan dişləmələri hallarında antirabik immunoqlobulindən istifadə edilir. Bundan başqa tetanus xəstəliyindən qorunmaq üçün xəsarət alana tetanus əleyhinə anatoksin vurulur. Vaksinasiyadan sonra aktiv immunitet 10–14 gün ərzində formalaşır və tam kurs peyvənd aldıqdan sonra insanı 1 il müddətinə qoruyur".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR