Bank Of Baku

“Cathey Pasific” aviaşirkətinin təyyarəsi Heydər Əliyev aeroportuna məcburi eniş edib

“Cathey Pasific” aviaşirkətinin təyyarəsi Heydər Əliyev aeroportuna məcburi eniş edib
# 03 fevral 2025 20:14 (UTC +04:00)

“Cathey Pasific” aviaşirkətinin Honq Konq – London marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.

APA xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub. “Airbus A350” təyyarəsi yerli vaxtla saat 19:08-də hava limanına uğurla eniş edib.

Sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra o, dərhal tibbi müəssisəyə çatdırılıb.

Qeyd edək ki, fövqəladə hallara operativ reaksiya göstərmək və sərnişinlərin, ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda mütəmadi hazırlıq təlimləri keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR