Bank Of Baku

Cəlilabadda 2 il əvvəl oğurluq edən şəxs tutulub

Cəlilabadda 2 il əvvəl oğurluq edən şəxs tutulub
# 22 aprel 2023 12:12 (UTC +04:00)

Cəlilabadda iki il əvvəl həyətyanı sahələrdən oğurluq edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aprelin 17-də oğurluq etdiklərinə görə tutulmuş Rövşən Əzizovun və Mahir Astanovun 2021-ci ilin fevral ayında Zopun kəndindən 4 baş inək oğurlamaları, bundan başqa, Mahir Astanovun müxtəlif vaxtlarda 3 həyətyanı sahədən ümumilikdə 38 ev quşu oğurlaması müəyyən olunub.

Cəlilabad Rayon Polis Şöbəsində araşdırma davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR