Bank Of Baku

Cəlilabadda ana doğuşdan sonra dünyasını dəyişib

Cəlilabadda ana doğuşdan sonra dünyasını dəyişib
# 20 mart 2025 20:59 (UTC +04:00)

Cəlilabadda ana doğuşdan sonra ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayonunun Soyuqbulaq kəndində ev şəraitində doğuş edən qadın dünyasını dəyişib.

Kənd sakini Nahidə Abasovanın səhhətində doğuşdan sonra problemlər yaranıb.

N.Abasova dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və bir həftə reanimasiya şöbəsində müalicə alıb.

Tibbi müdaxilələrə baxmayaraq qadın dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR