Bank Of Baku

Cəlilabadda avtomobil dərəyə aşıb, xəsarət alanlar var

Cəlilabadda avtomobil dərəyə aşıb, xəsarət alanlar var
# 07 avqust 2026 01:02 (UTC +04:00)

Cəlilabadda avtomobilin 50 metr hündürlükdən aşması nəticəsində 1-i azyaşlı olmaqla 4 nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə axşam saatlarında rayonun Soltankənd–Zəhmətabad avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil təxminən 50 metr hündürlükdən aşıb.

Qəza zamanı avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya hospitalizasiya olunublar.

Xəsarət alanlar Yardımlı rayon sakini; 1980-ci il təvəllüdlü Elbrus Fərman oğlu Qafarov, Sumqayıt şəhər sakinləri 2003-cü il təvəllüdlü Zəhra Əlizamin qızı Qafarova, 2012-ci il təvəllüdlü S. Qafarov və 2025-ci il təvəllüdlü M. Məmmədovadır.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR