Cəlilabadda baş verən qəzada yaralıların sayı səkkizə çatıb.
APA xəbər verir ki, daha iki yaralının adı məlum olub. Bunlar VAZ-2106 markalı avtomobilin sürücüsü və sərnişini 1995-ci il təvəllüdlü Əli Mirzəyev və 1991-ci il təvəllüdlü Ülvi Mustafayevdir.
***
19.34
Cəlilabadda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb.
APA - nın cənub bürosunun məlumatına görə, xəsarət alanların kimliyi açıqlanıb. Onlar 1970-ci il təvəllüdlü Firuzə Hüseynova, 1987-ci il təvəllüdlü Xəyalə Yaqubzadə, 1962-ci il təvəllüdlü Naibə Əliyeva, 1952-ci il təvəllüdlü Zümrüd Şıxəliyeva, 1981-ci il təvəllüdlü Nailə Quluzadə və 2009-cu il təvəllüdlü Xədicə Yaqubzadədir.
Faktla bağlı araşdırma aparılır.
***
18.26
Cəlilabad rayonunda yol qəzası baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, Cəlilabad şəhəri ərazisində "Ford" markalı sərnişin mikroavtobusu və "VAZ 2106" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb.
Məlumata görə, mikroavtobusda olan şəxslər ziyarətgaha gedirmişlər.
Faktla bağlı araşdırma aparılır.