Bank Of Baku

Ceyranbatanda bir yaşayış kompleksində yanğın olub, sakinləri təxliyə edilib - FOTO - YENİLƏNİB

Ceyranbatanda bir yaşayış kompleksində yanğın olub, sakinləri təxliyə edilib - FOTO  - YENİLƏNİB
# 28 iyul 2026 00:58 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının elektrik şaxtasında və sayğaclarda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub.

***

00:43

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən Ekopark yaşayış kompleksində yanğın baş verib.

APA xəbər verir ki, hadisədən dərhal sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin briqadaları cəlb olunub.

Hazırda təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış kompleksinin sakinləri təxliyə edilir.

İlkin olaraq yanğının binanın girişindəki elektrik naqillərində baş verdiyi bildirilir

Faktla bağlı araşdırma aparılır.

İman İmanlı

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR